Oktyabrın 27-dən 28-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatını vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, onlardan 13-ü Kaluqa, üçü Bryansk və biri Moskva vilayəti üzərində məhv edilib.
Hadisə Moskva vaxtı ilə saat 23:00-dan səhər 7:00-a qədər baş verib.
Məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti TASS agentliyinə təsdiqləyib.
Əli Hüseynov
Bakı 


