• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Zelenski sabiq merin vətəndaşlıqdan məhrum edilməsinin səbəbini açıqlayıb

DÜNYA

28 Oktyabr 2025 | 13:44

Zelenski sabiq merin vətəndaşlıqdan məhrum edilməsinin səbəbini açıqlayıb

Odessanın keçmiş meri Gennadi Truxanovun vətəndaşlıqdan məhrum edilməsi onun Rusiya pasportuna malik olması ilə bağlı olub.

Bakıvaxtı.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti G.Truxanovun Rusiya vətəndaşlığına malik olması barədə kifayət qədər sübutlara malikdir.

Prezident vurğulayıb ki, G.Truxanovun vətəndaşlıqdan məhrum edilməsi barədə qərar siyasi xarakter daşımır.

Qeyd edək ki, oktyabrın 14-də V.Zelenski G.Truxanovu Ukrayna vətəndaşlığından məhrum edib.


SON XƏBƏRLƏR