• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakının bu ərazisi qazsız qalacaq

CƏMİYYƏT

28 Oktyabr 2025 | 16:46

Bakının bu ərazisi qazsız qalacaq

Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Əhmədli” qaz kəməri üzərində klapanın quraşdırılması işləri ilə əlaqədar 29.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov, V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov, M.Fətəliyev, Q.Vəliyev, Şadlinski, Y.Əliyev, Neftçi, K.İsmayılov, E.Bəkirli (bir hissəsi), Vağzal, Gənclər, Hacinski küçələrinin və 40-42-50/60, 40-48-ci kvartallarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026