• Bakı 20° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Pakistan hava məkanını bağlayır

DÜNYA

28 Oktyabr 2025 | 14:51

Pakistan hava məkanını bağlayır

Pakistan Hindistanın Racəstxan və Qucarat ştatlarında irimiqyaslı hərbi təlimlər keçirməsi ilə əlaqədar 28-29 oktyabr tarixlərində Hindistanla sərhadyanı əyalətlərdə hava məkanını bağlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Mülki Aviasiya İdarəsi (PCAA) məlumat yayıb.

Uçuş qadağası yerli və xarici aviaşirkətlərin təyyarələrinin Pəncab və Sind əyalətlərinin hava məkanında uçuş marşrutlarına şamil olunur. PCAA aviaşirkətlərin ekipajlarına ehtiyatlı olmağı və uçuşlar üçün alternativ marşrutlardan istifadəni tövsiyə edib.

Xatırladaq ki, bu ayın əvvəlində Pakistan Hindistan təyyarələrinin öz hava məkanında uçuşuna qoyulan qadağanı noyabrın 23-ə qədər uzadıb. Qadağa Hindistanla silahlı münaqişə fonunda 24 aprel tarixində tətbiq edilmişdi.


SON XƏBƏRLƏR