• Bakı 20° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

İranda İƏT ölkələrinin daxili işlər nazirlərinin iclası keçirilir

DÜNYA

28 Oktyabr 2025 | 10:56

İranda İƏT ölkələrinin daxili işlər nazirlərinin iclası keçirilir

İranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin daxili işlər nazirlərinin iclası keçirilir.

Bakıvaxtı.az  xəbər verir ki, iclasın başlanğıcında İran prezidenti Məsud Pezeşkian çıxış edib və müasir tarixdə ən çox xarici müdaxilələrin məhz İƏT bölgəsində baş verdiyini bildirib.

Tədbirdə Tacikistan, Pakistan, Türkmənistanın daxili işlər nazirləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Əfqanıstan, Özbəkistanın Daxili İşlər Nazirliklərinin rəsmiləri iştirak edir.

Eyni zamanda, İƏT-in Baş katibliyi, eləcə də Omanın daxili işlər naziri və İraqın daxili işlər nazirinin müavini qonaq qismində təmsil olunur.

Qeyd edək ki, sammitdə təhlükəsizlik, sərhəd diplomatiyası, iqtisadiyyat və digər məsələlər müzakirə ediləcək.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025