ABŞ prezidenti Donald Tramp Tokioya səfəri zamanı Yaponiyanın baş naziri Takaiçi Sanae ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, iki ölkə nadir torpaq elementləri və kritik minerallar sahəsində əməkdaşlığı gücləndirmək üçün yeni saziş imzalayıb.
Liderlər həmçinin ölkələrarası münasibətləri “qızıl dövr” səviyyəsinə çatdırmaq üçün atılacaq addımları müzakirə ediblər.
Takaiçi Trampa gələn il ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə 250 sakura ağacı hədiyyə etməyi planlaşdırdıqlarını bildirib.
Əli Hüseynov
Bakı 


