• Bakı 20° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Şəhər ətrafından salınacaq yeni yol tıxac yükünü azaldacaq? - VİDEO

CƏMİYYƏT

28 Oktyabr 2025 | 08:35

Şəhər ətrafından salınacaq yeni yol tıxac yükünü azaldacaq? - VİDEO

Şəhər ətrafından daha bir alternativ yol salınır.  

Bakıvaxtı.az xəbər verir ki, söhbət Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisindən gedir.

Hazırda yolun tikintisi altına düşən obyektlərin bir hissəsində söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və digər vacib tədbirlər həyata keçirilir. 

Layihənin vaxtında  tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub. Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan şimal və qərb bölgələri ilə birbaşa əlaqəsini təmin edəcək.  Sürücülər görülən işləri yüksək qiymətləndirsələr də, lakin bəzi iradları var.

Yeni yolun istifadəyə verilməsinin paytaxtın nəqliyyat yükünü azaldacağı bildirilir.

Mövzu ilə bağlı xezerxeber.az-ın daha ətraflı videomaterialını təqdim edirik. 


SON XƏBƏRLƏR

27 Oktyabr 2025