• Bakı 17° C

    8.04 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Azərbaycanın məhdudiyyətləri aradan qaldırmasından sonra Ermənistana maraq artıb - Mirzoyan

SİYASƏT

27 Oktyabr 2025 | 22:03

Azərbaycanın məhdudiyyətləri aradan qaldırmasından sonra Ermənistana maraq artıb - Mirzoyan

Rusiya Ermənistan üçün mühüm tərəfdaş olmaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də parlamentin daimi komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, Rusiya ilə iqtisadi əlaqələr rəsmi İrəvan üçün önəmlidir.

O, Ermənistanın MDB və Aİİ üzvü olan ölkələrlə münasibətlərinə də toxunub. Mirzoyan xüsusilə vurğulayıb ki, iki struktur çərçivəsində əməkdaşlıq son dərəcə intensiv inkişaf edir. O, Aİİ ilə, xüsusilə Çin, İran, İndoneziya və digər ölkələrlə əməkdaşlığın, Birliyə üzv dövlətlər arasında tərəfdaşlığın vacibliyini xüsusilə vurğulayıb.

Bu kontekstdə nazir qeyd edib ki, nəqliyyat əlaqələrinin bağlanmasından, xüsusən də Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Ermənistana maraq artıb. Xüsusilə Qazaxıstanla ciddi dialoq gedir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanın həmin ölkəyə səfəri də hazırlanır.

Diplomat əmindir ki, tədarükü İrəvan və Bakı tərəfindən açıqlanan Qazaxıstan taxılı tezliklə Ermənistana gələcək.

"Hazırda Özbəkistan və Türkmənistanla intensiv müzakirələr aparılır. Bu, logistika və enerji məsələlərinə, hava nəqliyyatının bərpasına və s. aiddir", - hökumət nümayəndəsi bildirib.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025