• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Boks üzrə Naxçıvan birinciliyinə start verilib

İDMAN

27 Oktyabr 2025 | 17:54

Boks üzrə Naxçıvan birinciliyinə start verilib

Boks üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan yarış yeniyetmələr, gənclər və böyüklər arasında keçirilir.

Bu gün start götürən çempionatda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışın mükafatçıları oktyabrın 28-də bəlli olacaq.


SON XƏBƏRLƏR