UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Qarabağ” – “Napoli” matçında maraqlı an yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Neapol təmsilçisinin hücumçusu David Neres qapımız qarşısında “qayçı zərbəsi” ilə fərqlənməyə çalışıb.
Lakin “Qarabağ”ın qapıçısı Mateuş Koxalski möhtəşəm reaksiya göstərərək topu çıxarmağı bacarıb.
Qeyd edək ki, İTV-nin şərhçisi Tural Dadaşov sözügedən epizodu belə şərh edib: “Səni verənə şükür, Koxalski!”
Həmin epizodu təqdim edirik:
Bakı 



