İngiltərə Premyer Liqası təmsilçiləri “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaheri qış transfer pəncərəsində heyətlərinə qatmaq üçün hərəkətə keçiblər.
Bakıvaxtı.az xəbər verir ki, Madriddə xoşbəxt olduğunu bildirməsinə baxmayaraq, 25 yaşlı futbolçu oyun vaxtı qazanmaqda çətinlik çəkir. Bu vəziyyət onun gələn yay keçiriləcək dünya çempionatında İngiltərə millisinə dəvət almasına mənfi təsir göstərə bilər.
İspaniya klubunun oyunçunu icarəyə vermək niyyətində olmadığı və yalnız daimi transfer təkliflərini nəzərdən keçirəcəyi bildirilir. “Atletiko”nun yarımmüdafiəçi üçün 2024-cü ildə “Çelsi”dən transfer edərkən ödədiyi məbləği, yəni minimum 35 milyon funt sterlinqi tələb etdiyi vurğulanıb.
Qeyd edək ki, Qallaherlə bir çox İngiltərə klubu maraqlansa da, iddiaçılar arasında “Çelsi”, “Arsenal”, “Liverpul” və “Mançester Siti”nin adının olmadığı vurğulanır./Qol.az
Bakı 



