• Bakı 17° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb

İDMAN

27 Oktyabr 2025 | 16:45

Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışı "Milli Aviasiya Akademiyası" voleybol klubunun idman zalında keçirilir. Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilov kömək edirlər.

Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq.


SON XƏBƏRLƏR