“Real” klubunun rəhbərliyi baş məşqçi Xabi Alonso barədə müsbət fikirdədir.
Bakıvaxtı.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, klub rəsmiləri mütəxəssisi yüksək səviyyədə qiymətləndirir və onun taktiki qərarlarını, o cümlədən Vinisius Juniorla bağlı addımlarını tam dəstəkləyirlər. Alonsonun komandadakı nüfuzunun istənilən futbolçudan üstün tutulduğu vurğulanır. Bununla yanaşı, rəhbərlik son vaxtlar yaşanan xal itkilərini mövsümün gedişatı üçün normal hal kimi qiymətləndirir.
Xatırladaq ki, daha öncə Madrid təmsilçisinin futbolçuları Vinisius Junior, Federiko Valverde və Cud Bellinqemin Xabi Alonsonun işindən narazı qaldığı məlumatları yayılmışdı.
Qeyd edək ki, La Liqada 13 turdan sonra lider olan “kral klubu” “Barselona”nı 1 xal qabaqlayır. Komanda Çempionlar Liqasında isə 4 oyundan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb./Qol.az
Bakı 



