• Bakı 17° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Yamayka adasına tarixdə ən güclü qasırğa yaxınlaşır

DÜNYA

27 Oktyabr 2025 | 20:35

Yamayka adasına tarixdə ən güclü qasırğa yaxınlaşır

Yamayka adasına yaxınlaşan “Melissa” qasırğası 5-ci kateqoriyaya qədər güclənib.

Bakıvaxtı.az xəbər verir ki, meteoroloqlar qasırğanın güclü daşqınlara, çoxsaylı sürüşmələrə və geniş infrastruktur ziyanına səbəb olacağını açıqlayıblar.

Bu, 1851-ci ildən qasırğaların qeydə alınmağa başlamasından bu yana adaya daxil olan ən güclü qasırğa olacaq. “Melissa” qasırğasının çərşənbə axşamı gündüz Yamaykaya, daha sonra isə günün sonlarında Kubaya çatacağı, oradan isə Baham adalarına doğru getməsi proqnozlaşdırılır. Təbiət hadisəsinin ABŞ-ın materik hissəsinə təsiri gözlənilmir.

5-ci kateqoriya qasırğa Saffir-Simpson şkalasına əsasən ən yüksək göstəricidir və davamlı küləyin sürəti saatda 250 kilometri keçir.


SON XƏBƏRLƏR