• Bakı 17° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Palata COP29 üzrə maliyyə hesabatını müsbət qiymətləndirib

COP29

27 Oktyabr 2025 | 16:49

Palata COP29 üzrə maliyyə hesabatını müsbət qiymətləndirib

Hesablama Palatası 2025-ci il üzrə audit çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin gəlir və xərclərini yoxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, audit nəticəsində maliyyə hesabatları müsbət qiymətləndirilib.

Sənəddə bildirilir ki, tədbirin maliyyəsinin 92.5%-i dövlət büdcəsindən, 7.5%-i digər mənbələrdən formalaşıb, əsas xərclər konfrans yerləri və məzmun dəyərinə sərf olunub.

Auditorlar bəzi büdcə artımlarını və müqavilə gecikmələrini qeyd edib, lakin ciddi qanun pozuntuları aşkarlanmayıb. Hesablama Palatası sərbəst qalan vəsaitin büdcəyə qaytarılması və aktivlərin təhvil verilməsi barədə qərar qəbul edib.


SON XƏBƏRLƏR