• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

İsveçrəli motosikletçi Malayziya Qran-prisində qəza keçirib

İDMAN

27 Oktyabr 2025 | 17:37

İsveçrəli motosikletçi Malayziya Qran-prisində qəza keçirib

İsveçrəli motosikletçi Noa Dettviler "Moto3" sinifi üzrə Malayziya Qran-prisində qəza keçirib.

Bakıvaxtı.az "Blick"ə istinadən xəbər verir ki, o, yarış zamanı Xose Antonio Rueda ilə toqquşub.

Hər iki idmançı dərhal helikopterlə Kuala Lumpurdakı xəstəxanaya çatdırılıb.

Ağciyər və dalaq zədələnməsi, həmçinin ayağın açıq sınığı ilə nəticələnən qəzadan sonra 20 yaşlı isveçrəli çoxsaylı ürək dayanmaları keçirib. O, həmçinin bir neçə əməliyyat da keçirib.

Digər idmançıya isə biləyin sınması, əzilmələr və ağır beyin silkələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, N.Dettviler "CIP Green Power" komandasının üzvüdür. O, "Moto3" üzrə 38 yarışda iştirak edib. İdmançı cari mövsümdə şəxsi hesabda 32-cidir.


SON XƏBƏRLƏR