• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Vilayət Eyvazov sıra baxışı keçirib

CƏMİYYƏT

27 Oktyabr 2025 | 17:31 | Müəllif: Əli Hüseynov

Vilayət Eyvazov sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd olunub ki, onlardan 14 nəfəri Vətən müharibəsi iştirakçısı olub.

Nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026