Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində qeydə alınıb.
Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayon Vayxır kənd sakini Məmmədov Rəhim Eldar oğlunun idarə etdiyi DAF markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bakı 


