Naxçıvan şəhərində vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.
Onun ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirdiyi bildirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakı 



