Dünyanın ən yaşlı prezidenti Kamerunda yenidən bu posta seçilib.
Bakıvaxtı.az xəbər verir ki, 1982-ci ildən bəri ölkəni idarə edən 92 yaşlı Paul Biya seçkilərin qalibi elan edilib. O, səslərin 53,66%-ni toplayaraq, rəqibi İssa Çiromanı 35,19% səslə məğlub edib.
Yaundedə mərasim keçirilib və Biyanın tərəfdarları qələbəni sabitliyin əlaməti olaraq qeyd edirlər. Müxalifət seçkilərin nəticələrini qismən qəbul edib, lakin onlar pozuntuları əsas gətirərək islahatlar tələb edirlər.
Bakı 


