• Bakı 16° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

"Qarabağ"ın ÇL-dakı rəqibinin əsas futbolçularından biri zədələnib

İDMAN

27 Oktyabr 2025 | 18:17

Qarabağın ÇL-dakı rəqibinin əsas futbolçularından biri zədələnib

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya təmsilçisi "Napoli"nin aparıcı futbolçularından Kevin De Brüyne zədələnib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, A Seriyasının VIII turunda "İnter"lə oyunda (3:1) sıradan çıxıb.

33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an zədələnib. Onun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.

Qeyd edək ki, 34 yaşlı De Brüyne cari mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da, saat 00:00-da keçiriləcək.


SON XƏBƏRLƏR