Xalq artisti Naibə Allahverdiyeva canlı efirdə göz yaşlarını saxlaya bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, o, "Günə Uğurla" verilişində qonaq olarkən emosional anlar yaşayıb. Aktrisa qızından danışarkən duyğularına hakim ola bilməyib və göz yaşlarına boğulub.
Naibə Allahverdiyeva övladına olan sevgisindən danışıb:
"Hər gün dualarımda deyirəm ki, Allah mənim ömrümdən kəsib qızıma versin. Ona gələn acılar mənə gəlsin".
Bu sözlərdən sonra studiyadakı qonaqların da gözləri dolub. Güclü hisslər yaşayan aktrisa göz yaşlarını saxlaya bilməyərək efiri tərk edib.
Tamaşaçılar və proqram aparıcıları aktrisanın bu səmimi etirafından təsirləndiklərini bildiriblər. Naibə Allahverdiyevanın səmimi çıxışı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Bakı 


