• Bakı 13° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

"Məni öldürüb, adını avtoqəza qoyacaqdılar" - Samirə 12 xalı qorxduğuna görə verib

ŞOU

26 Noyabr 2025 | 00:30

Məni öldürüb, adını avtoqəza qoyacaqdılar - Samirə 12 xalı qorxduğuna görə verib

Xəbər verdiyimiz kimi, müğənni Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. 

Bakıvaxtı.az xəbər verir ki, prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində qonaq olan Samirə Əməkdar artist Aqşin Abdullayevin "Samirə üzr istəməlidir" sözlərinə gözlənilməz cavab evrib. 

“Mən orada gedib düşmənçilik apara bilməzdim. Hələ özünüz də deyirsiniz ki, mən orada təkəm. Bəs mənim tək başıma orada oyun açsaydılar?! Qazaxıstan səhralıqdır. Öldürüb atacaqdılar, adını da qoyacaqdılar ki, avtoqəza olub. Kimin xəbəri olacaqdı? Kim mənə yiyəlik edəcəkdi?!”, – deyə o qeyd edib. 

Samirə daha sonra erməni iştirakçıya 12 xalı qorxduğuna görə vermədiyini deyib. 

 

 


SON XƏBƏRLƏR

25 Noyabr 2025