• Bakı 14° C

    2.62 m/s

Azərbaycan Kuboku: "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq

İDMAN

27 Oktyabr 2025 | 21:47 | Müəllif: Gülşən Şərif

Azərbaycan Kuboku: "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq

 Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – MOİK matçına giriş pulsuz olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, "Palms Sports Arena"dakı "Neftçi" – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026