• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Üç bina və bir mağaza uçdu - YENİLƏNİB

DÜNYA

28 Oktyabr 2025 | 08:12 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Üç bina və bir mağaza uçdu - YENİLƏNİB

Mərkəzi Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınan güclü zəlzələdən zərər çəkən 19 nəfərdən 4-ü artıq evə buraxılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu açıqlama verib.

***

01:17

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlamasında danışıb.

O qeyd edib ki, vilayətin Sındırqı rayonunda üç bina və bir mağaza çöküb. Nazirin sözlərinə görə, həmin binalar istifadəsiz olub. Dağıntılar nəticəsində hər hansı canlı təlafatı qeydə alınmayıb.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.

***

00:23

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.

Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.

***

00:18

Türkiyədə güclü zəlzələ olub.

Bakıvaxtı.az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkan Balıkesirin Sındırqı rayonunda qeydə alınib 

4,2 bal gücündə olan zəlzələ yerin 7 km dərinliyində olub.

Qeyd edək ki, bundan əvvəl Balıkesirin Sındırgı bölgəsində 6,1 bal gücündə daha bir  zəlzələ olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026