2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13.2% artaraq 1 milyard 990.2 milyon manat təşkil edib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövriyyənin 1 milyard 974 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus iaşə obyektlərində formalaşıb.
Qeyri-dövlət sektorunda dövriyyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.3% artıb, o cümlədən fiziki şəxslər üzrə göstərici 13.6% artaraq 966.1 milyon manata çatıb.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51.1%-i hüquqi şəxslərin, 48.9%-i isə fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1 milyard 7.9 milyon manat olub.
Bakı 


