• Bakı 20° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürdü

HADİSƏ

28 Oktyabr 2025 | 11:31

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürdü

Qəbələ rayonunda avtomobil 59 yaşlı qadını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Bunud kəndi ərazisində baş verib.

Belə ki, İslam İsbəndiyarov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 


SON XƏBƏRLƏR

27 Oktyabr 2025