• Bakı 22° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Abşeronda maşın aşıb, ölən var - ANBAAN VİDEO

HADİSƏ

27 Noyabr 2025 | 10:26

Abşeronda maşın aşıb, ölən var - ANBAAN VİDEO

Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda yol qəzası baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisə noyabrın 26-da baş verib.

“Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

"Sürücülər, xahiş edirik — sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", BDYPİ-dən bildirilib.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026