• Bakı 20° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Zəfərin izində: Azərbaycan yeni dövrə qədəm qoyur

SİYASƏT

28 Oktyabr 2025 | 11:21

Zəfərin izində: Azərbaycan yeni dövrə qədəm qoyur

Azərbaycanın son illərdə qazandığı uğurlar, ölkəmizin beynəlxalq arenadakı mövqeyinin güclənməsi və regionda sülh və sabitliyin təmin olunmasında fəal iştirak etməsi tarixi Zəfərimizin reallıqlarının nəticəsi olaraq diqqəti çəkir. 44 günlük Vətən Müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, bu Zəfərdən sonra yeni dövrə qədəm qoyaraq iqtisadi, sosial, hərbi və diplomatik sahələrdə strateji inkişaf yolunu davam etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi yalnız Cənubi Qafqazın lider dövləti kimi deyil, həm də qlobal problemlərin həllində söz sahibi olan, nüfuzlu dövlətə çevirib. Əgər əvvəllər xarici siyasətimizin əsas hədəfi Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, artıq bu məsələ gündəlik prioritetlər sırasında deyil və Azərbaycan dünyanın diqqətini regionda sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq məsələlərinə cəlb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki,  Azərbaycanın iqtisadi potensialı, enerji layihələri və regional inteqrasiya təşəbbüsləri Cənubi Qafqazda etimad mühitinin formalaşmasına və sabitliyin təmin edilməsinə xidmət edir. Ölkəmizin beynəlxalq tədbirlərdə, diplomatik platformalarda fəal iştirakı, COP29 iqlim konfransı kimi böyük layihələrdə uğurla çıxış etməsi, Azərbaycan modelinin nümunəvi və çağırışlara uyğun olduğunu göstərir:

"Artıq 5 ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan beynəlxalq nüfuzunu artırıb, geosiyasi rolunu gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi dünyada hörmətə layiq dövlət kimi tanıdıb. Əgər əvvəllər xarici siyasətimizin əsas hədəfi Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, indi yeni prioritetlər üstünlük təşkil edir və Azərbaycan qlobal problemlərin həllində daha fəal iştirak edir".

Vüqar Rəhimzadə: Son illərdə Azərbaycanın iqtisadi gücü artıb, ordu quruculuğu prioritetdə saxlanılıb, dövlət idarəçiliyi şəffaflaşdırılıb

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda müstəqil və balanslı siyasət yürüdür, həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında əlaqələr qurur. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası və tam Qələbəmiz ölkəmizə davamlı uğurlar gətirib. Bu uğurların bariz nümunəsi ötən il Bakıdakı COP29 iqlim konfransıdır ki, burada Azərbaycan beynəlxalq aləmə öz təcrübəsini və söz sahibliyini təqdim edib:

"Son illərdə Azərbaycanın iqtisadi gücü artıb, ordu quruculuğu prioritetdə saxlanılıb, dövlət idarəçiliyi şəffaflaşdırılıb. Enerji layihələri və regional əməkdaşlıq formatları Cənubi Qafqazda sabitlik və etimadın təmin edilməsinə xidmət edir. Azərbaycan beynəlxalq miqyasda sülhyaratma proseslərində fəal iştirak edir. Bunun nəticəsi olaraq, avqust ayında Vaşinqton razılaşmaları imzalanıb, sülh prosesinə aid olmayan ATƏT-in Minsk qrupu bağlanıb, Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılması qərara alınıb və 907-ci düzəliş ləğv olunub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, yüksək yaşayış şəraiti təmin olunur, enerji və sosial infrastruktura xüsusi önəm verilir. Burada 60 minə yaxın insan yaşayır, yeni yollar, hava limanları, dəmir yolu və yaşayış binaları tikilir, “yaşıl enerji zonası” çərçivəsində Günəş və külək enerjisi layihələri icra edilir. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri tətbiq olunur".

Müsahibimiz bildirib ki, son beş ildə keçirilmiş Azərbaycan Milli Şəhərsalma forumları regionun yenidənqurulmasını təqdim edir. Xankəndidə keçirilən Üçüncü Forumda 13,6 min kvadratkilometr ərazini əhatə edən plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün işlərin başa çatdığı açıqlanıb. Hazırda işğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdıb:

"Ötən ilin dekabrında Azərbaycan D-8 təşkilatına üzv qəbul edilib. Ordumuz 44 günlük Vətən müharibəsindən daha güclü və qüdrətlidir. 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatları suverenliyimizin tam bərpasının göstəricisidir. Dövlət başçısının Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın 5 illik Zəfər yolunu və milli Konstitusiyanın 30 illik tarixini əks etdirir. Hər uğur, yeni hədəflərin və çağırışların başlanğıcıdır. Dövlət başçısının sözləri ilə, Azərbaycan yeni dövrə alnı açıq, başı dik daxil olur".

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Oktyabr 2025