• Bakı 18° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

"Seltik"in baş məşqçisi istefaya göndərildi

İDMAN

28 Oktyabr 2025 | 13:02

Seltikin baş məşqçisi istefaya göndərildi

Mövsümə uğursuz start verən "Seltik" baş məşqçi Brendan Rocerslə bağlı qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, Şotlandiya təmsilçisi irlandiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Brendan Rocers 2023-cü ilin yayında "Seltik"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda ölkə çempionatında 9 turdan sonra 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Harts"dan 8 xal geri qalır.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025