• Bakı 20° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Səfirlik: Azərbaycanın qapıları İraq vətəndaşlarına açıqdır

SİYASƏT

28 Oktyabr 2025 | 12:28

Səfirlik: Azərbaycanın qapıları İraq vətəndaşlarına açıqdır

Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi son günlər bəzi KİV-lərdə ölkəmizə turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə yayılan məlumatların əsassız olduğunu bildirib.

Bakıvaxtı.az bu barədə diplomatik nümayəndəlikdən məlumat əldə edib.

Səfirlikdən açıqlanıb ki, İraq Respublikasında viza müraciətlərinin qəbulu və emalı prosesi sürətləndirilib, vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsi təmin olunub. Bu məqsədlə Xarici İşlər Nazirliyi ilə beynəlxalq “VFS Global” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, 10 iyul 2024-cü ildən etibarən İraq vətəndaşlarının turizm vizası müraciətləri Bağdad şəhərindəki “Azərbaycan Viza Müraciətləri Mərkəzi” vasitəsilə qəbul edilir. Səfirlik qeyd edib ki, bütün müraciətlər Azərbaycan qanunvericiliyinə uyğun, vahid xidmət haqqı əsasında həyata keçirilir və mərkəzin fəaliyyəti mütəmadi olaraq monitorinq olunur.

Səfirlik həmçinin vurğulayıb ki, mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbulu qadağan edilib və bu tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq vətəndaşlarının sayı artıb. 2025-ci ilin 27 oktyabr tarixinədək Səfirlik tərəfindən 5904 müraciət qəbul olunub, bunlardan 5650-si viza rəsmiləşdirilib. Qeyd edək ki, 2024-cü ildə qəbul edilmiş vizaların sayı 4800 olub.

Mətbuat vasitəsilə şikayət edən şirkətlər Səfirliyə və “Viza Mərkəzinə” müraciət etməyiblər. “Alkaither” şirkəti isə yayılan məlumatların saxta olduğunu və viza müraciətləri ilə bağlı çətinliyin olmadığını bəyan edib.

Korpusdan bildirilib ki, daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və Səfirlik tərəfindən ciddi şəkildə yoxlanılır və hər hansı nöqsan aşkarlandıqda zəruri tədbirlər görülür.

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Oktyabr 2025