• Bakı 13° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Pakistandan Venslə bağlı İSTƏK

DÜNYA

10 Aprel 2026 | 16:29

Pakistandan Venslə bağlı İSTƏK

Pakistan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffdan İranla danışıqlar üçün Amerika nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vensin də daxil edilməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.

Mənbələrə görə, Pakistan Vensin ABŞ və İsrailin İrana əməliyyatına ilkin müxalif mövqeyini alqışlayır. İslamabadın xahişindən sonra ABŞ Prezidenti Donald Tramp vitse-prezidentdən sülh səylərinə rəhbərlik etməsini istəyib.

Nəşrin yazdığına görə, Ceyms Devid Vens prezidentin birbaşa elçisi kimi çıxış edə bilən yeganə administrasiya rəsmisidir. Trampın kürəkəni Cared Kuşnerin də daxil olduğu nümayəndə heyətinin cümə günü Pakistana yola düşməsi gözlənilir.


SON XƏBƏRLƏR