• Bakı 23° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Daha bir gəmidə virus aşkarlandı - Sərnişinlər təxliyə olundu

DÜNYA

10 May 2026 | 15:25

Daha bir gəmidə virus aşkarlandı - Sərnişinlər təxliyə olundu

“Hantavirus” aşkarlanan “MV Hondius” gəmisində sərnişinlərin təxliyəsinə başlanıb.

Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Abona limanına gələn gəminin sahilə yanaşmasına icazə verilməyib və liman girişində saxlanılıb.

Məlumata görə, gəmiyə xüsusi qoruyucu geyimdə həkimlər daxil olub.

Yoxlamalardan sonra 15 nəfər gəmidən çıxarılıb.

Sərnişinlər qayıqla sahilə gətirilib, daha sonra hava limanına aparılıb.

Test nəticələrinə görə, həmin şəxslərdə simptom aşkarlanmayıb.

Onların Madridə göndərilərək hərbi xəstəxanada karantinə alınacağı bildirilib.

Qeyd edək ki, rəsmilər karantinin ilkin olaraq bir həftə davam edəcəyini açıqlayıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026