• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Tehranda ABŞ və İsrail hücumlarına həsr olunan fotosərgi açılıb

DÜNYA

09 Iyun 2026 | 15:19

Tehranda ABŞ və İsrail hücumlarına həsr olunan fotosərgi açılıb

İranın paytaxtı Tehranda ABŞ və İsrailin hücumlarının nəticələrini əks etdirən fotosərgi fəaliyyətə başlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, sərgi Tehranın İmam Xomeyni meydanında yerləşən bələdiyyə binasında təşkil olunub.

Ekspozisiyada İran, ABŞ və İsrail arasında baş verən qarşıdurmaların ağır nəticələrini əks etdirən 105 fotoşəkil nümayiş etdirilir. Fotolarda hücumlar nəticəsində yaralanan insanlar, dağıdılmış binalar, axtarış-xilasetmə əməliyyatları, eləcə də həyatını itirənlərin yaxınlarının yaşadığı acı və kədərli anlar yer alıb.

Sərginin açılış mərasimində Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran, eləcə də bir sıra hərbi və siyasi rəsmilər iştirak ediblər.

Mehdi Çəmran ABŞ və İsrailin hücumlarının nəticələrinin sənədləşdirilməsinin vacib olduğunu vurğulayaraq, bu fotoşəkillərin gələcək nəsillər üçün tarixi sübut xarakteri daşıdığını bildirib.

Təşkilatçılar sərginin ziyarətçilər üçün 15 iyun tarixinədək açıq olacağını qeyd ediblər.

Dünya Balakişiyeva

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR