Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağına hücumları davam edir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəbər görə, hücumlar nəticəsində son 24 saat ərzində 8 fələstinli həyatını itirib:
"Son 24 saat ərzində Qəzza xəstəxanalarına 8 nəfərin meyiti və 34 yaralı gətirilib. Həlak olanlardan 7-si İsrailin yeni hücumları nəticəsində, 1-i isə daha əvvəl aldığı yaralar səbəbindən həyatını itirib".
Bildirilib ki, 10 oktyabr 2025-ci ildə atəşkəsin qüvvəyə minməsindən bu yana İsrailin Qəzza zolağına hücumları nəticəsində 978 nəfər ölüb, 3 min 97 nəfər yaralanıb. Həmçinin, dağıntılar altından 782 nəfərin cəsədi çıxarılıb.
Qəzzadakı Səhiyyə Nazirliyi bölgədə humanitar vəziyyətin ağır olaraq qaldığını və hücumların davam etdiyini qeyd edib.
Dünya Balakişiyeva
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



