ABŞ Prezidenti Donald Trampın Ankaradakı NATO sammitindən sonra köhnə prezident təyyarəsi ilə uçması müzakirələrə səbəb olub.
Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, The New York Times qəzeti yazır ki, buna səbəb Trampın Qətər kral ailəsindən hədiyyə aldığı yeni "Boeing 747-8" təyyarəsində hələlik raketdən müdafiə sisteminin olmamasıdır.
Bildirilir ki, Tramp Ankaradan köhnə göyərtə ilə havalanıb, yalnız Böyük Britaniyadakı hərbi bazaya çatdıqdan sonra yeni təyyarəsinə keçib. Pentaqon rəsmiləri bildirir ki, 30 illik köhnə təyyarə zenit raketlərinə qarşı tam qorunsa da, yeni lüks laynerin analoji hərbi sistemlərlə təchiz edilməsi 1 milyard dollara başa gələ bilər və bu proses 2 il vaxt tələb edir. Tramp isə mətbuat konfransında bu addımını sadəcə yeni təyyarəni Avropada nümayiş etdirmək istəyi ilə izah edib.
Zeynəb Rzayeva
Bakı 



