• Bakı 26° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Avropada Ukrayna yorğunluğu: İki ölkə 70 milyardlıq yardımdan İMTİNA ETDİ

DÜNYA

09 Iyul 2026 | 14:00

Avropada Ukrayna yorğunluğu: İki ölkə 70 milyardlıq yardımdan İMTİNA ETDİ

NATO ölkələri gələn il Ukraynaya ən azı 70 milyard avro dəyərində hərbi texnika, yardım və təlim dəstəyi verməyi öhdələrinə götürüblər. Lakin Çexiya və Macarıstan bu yardıma qoşulmayacağını açıqlayıb.

Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, MacarıstanUkraynaya humanitar yardım göstərməyə davam edir, amma silah və ya qoşun göndərməyəcək.

Həmçinin Çexiyanın baş naziri Andrey Babiş NATO sammitindən sonra jurnalistlərlə görüşündə qeyd edib ki, ölkəsi Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım paketinin ayrılmasında iştirak etməyəcək.

Adı çəkilən ölkələrin Ukraynaya dəstək olmaqdan imtina etməsinin səbəbi nədir? Qarşıdakı dövrdə digər ölkələr də Ukraynadan üz çevirə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Çingiz Şahbazi bildirib ki, sözügedən qərarların arasında əsasən hərbi yox, daxili siyasi və iqtisadi, strateji səbəblər durur. Onun sözlərinə görə, Macarıstan və Çexiyanın qərarı NATO-nun qərarına qarşı çıxmaq deyil, Ukraynaya dəstək verməkdən imtina etmək də deyil: “Bu qərar onların daxili siyasətləri ilə daha çox bağlıdır və məhz bu konkret maliyyə paketinə qoşulmamaq qərarı kimi qəbul edilir. Onlar bunu büdcə məhdudiyyətləri və hökumətin prioritetlərinin dəyişməsi kimi izah edirlər. Bu baxımdan Ukraynaya yardım paketindən imtina edən ölkələrin bu addımını NATO daxilində parçalanmanın başlanğıcı kimi və yaxud da buna bənzər hadisə kimi şərh etmək doğru olmazdı”.

Politoloq hesab edir ki, Macarıstan baş nazirinin mövqeyində həmçinin Rusiya ilə bağlı komponentlər var. O, Rusiya ilə enerji və iqtisadi əlaqələri tam qoparmaq istəmir. Həmçinin ölkəsinin ictimai rəyində Ukraynaya yeni hərbi yardımın geniş dəstəyi yoxdur.

Çingiz Şahbazi: Qeyd olunan qərarlar NATO-da parçalanma siqnalı olaraq qiymətləndirilməməlidir

Müsahibimizə görə, Çexiyanın qərarı da NATO-nun bu qərarına mane olmayacaq: “Baş nazir Babiş hesab edir ki, hər ölkə öz imkanları daxilində qərar verir və bu səbəbdən Çexiyanın əsas məqsədi öz müdafiə qabiliyyətini artırmağa yönəlib. Bu səbəbdən də ölkəsinin NATO-nun müdafiə xərcləri hədəfləri ilə uyğunlaşmasında çətinliklər olduğunu əsas gətirib. Burada əsas məqam ondan ibarətdir ki, heç bir ölkə paketi bloklamır və sadəcə imkanları daxilində hərəkət edirlər. Gələcəkdə də bu kimi addımların atılmasına səbəb görünmür və həmçinin ortada ümumi siyasi konsensus mövcuddur. Sadəcə olaraq hər bir dövlət öz büdcəsinə uyğun olaraq dəstəyi azalda, məhdudlaşdıra və yaxud da çoxalda bilər. Sadəcə bu baxımdan mümkündür”

Ç.Şahbazi onu da vurğulayıb ki, qeyd olunan qərarlar NATO-da parçalanma siqnalı olaraq qiymətləndirilməməlidir. Daha çox yükün necə bölüşdürülməsi ilə bağlı mübahisə kimi qiymətləndirmək olar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026