• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Əfqanıstan rəsmilərinə telefon qadağan edildi

DÜNYA

09 Iyun 2026 | 13:58

Əfqanıstan rəsmilərinə telefon qadağan edildi

"Taliban" lideri Hibatullah Axundzadə Əfqanıstandakı qrupun üzvlərinə və dövlət işçilərinə smartfonlardan istifadəni qadağan edən fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Afghanistan International" məlumat yayıb.

"Taliban" Ədliyyə Nazirliyi ölkə daxilində səkkiz zonada "Taliban" Ali Məhkəməsinin hərbi qanadı altında fəaliyyət göstərən hərbi məhkəmələrin rəhbərlərinə fərman göndərib. Bu zonalardakı polis komandirləri və kəşfiyyat rəisləri də direktiv barədə məlumatlandırılıb. 

Sənədə əsasən, hərbi məhkəmə rəsmilərinə əmrin tam icrasını təmin etmək və "Taliban" rəhbərliyinə onun yerinə yetirilməsi ilə bağlı zəmanət vermək tapşırılıb. Həmçinin, nəzarət altında olan hər bir şəxsin adını, vəzifəsini, xidmət yerini, mobil operatorunu və telefon nömrəsini qeyd edən xüsusi nəzarət siyahısı da yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026