Fransanın 72 departamentində anomal istilər səbəbindən narıncı təhlükə səviyyəsi elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Franceinfo" radiostansiyası ölkənin meteorologiya xidmətinə istinadən məlumat yayıb.
Marsel-Marinyan (Buş-dü-Ron) meteorologiya stansiyasında ilk dəfə olaraq 40,5°C, Kane-an-Russilyonda 41,4°C, Setdə isə 41,0°C temperatur qeydə alınıb.
Avropa Meşə Yanğınları Məlumat Sisteminin (EFFIS) məlumatına görə, Fransada iyulun ilk səkkiz günündə təxminən 7 800 hektar ərazi yanıb.
Bakı 



