• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Qarabağı könüllü tərk edənlərdən neçə nəfər Ermənistan vətəndaşlığı alıb?

DÜNYA

09 Iyun 2026 | 13:35

Qarabağı könüllü tərk edənlərdən neçə nəfər Ermənistan vətəndaşlığı alıb?

Azərbaycan ərazisindən könüllü köç etmiş 27 296 nəfər Ermənistan vətəndaşlığı alıb. 

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan 2025-ci ilin büdcəsinin icrasına dair hesabat üzrə parlamentdə keçirilən dinləmələrdə bildirib. 

Onun sözlərinə görə, ümumilikdə 39 650 ərizə təqdim edilib. Nazir müavini həmçinin 28 min ərizənin uşaqların adına verildiyini, onlardan təxminən 12 mininin təmin ediliyini açıqlayıb. O, həmçinin indiyədək imtina hallarının olmadığını deyib.

Qeyd edək ki, bu ilin fevralında daxili işlər naziri Arpine Sarqsyan Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfərin Ermənistan vətəndaşlığı aldığını açıqlamışdı. 

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026