• Bakı 27° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

ABŞ-nin İrana hava hücumları: 14 ölü, 78 yaralı - YENİLƏNİB

DÜNYA

09 Iyul 2026 | 10:52

ABŞ-nin İrana hava hücumları: 14 ölü, 78 yaralı - YENİLƏNİB

ABŞ-nn İrana son bir neçə gün ərzində həyata keçirdiyi hücumlarında 14 nəfər ölüb, 78 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Yaralılar arasında 47 nəfər hələ də xəstəxanadan evə buraxılmayıb. Digərləri isə lazımi tibbi xidmət göstərikdikdən sonra evə buraxlıb”.

    Qeyd edək ki, ABŞ ötən gecə İranda 90-a yaxın hədəfə zərbə endirdiyini bildirib. İran isə buna cavab olaraq, Bəhreyn və Küveytdə yerləşən ABŞ bazalarına zərbələr endirib.

    ***

    09:29

    İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında ABŞ-nin həyata keçirdiyi hava hücumları nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

    Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazına İranın nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə zərbələr endirildiyini bildirmişdi. Partlayışlar İranın Əkkalə, Bəndər Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, eləcə də Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi yerlərində qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR