• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Ukraynada dron hücumu: avtobus dayanacağı hədəf alındı

DÜNYA

09 Iyun 2026 | 15:23

Ukraynada dron hücumu: avtobus dayanacağı hədəf alındı

Ukraynanın Zaporijya şəhərində Rusiyaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatının (PUA) avtobus dayanacağına çırpılması nəticəsində mülki əhali hədəf alınıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli mənbələrin məlumatına əsasən qeydə alınıb.

İlkin məlumata görə, hücum nəticəsində 2 qadın həyatını itirib, 5-i uşaq olmaqla ümumilikdə 24 nəfər yaralanıb. Yaralıların xəstəxanalarda müalicə olunduğu bildirilir.

Ukrayna Fövqəladə Hallar Xidməti hadisədən sonra ərazidə xilasetmə və qiymətləndirmə işlərinin davam etdiyini açıqlayıb.

Səlahiyyətli qurumlar hücumun mülki ərazini hədəf almasının ciddi itkilərə səbəb olduğunu vurğulayıb və bölgədə vəziyyətin nəzarətdə saxlandığını bildirib.

Dünya Balakişiyeva

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR