• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

100 tondan çox  narkotik maddə  müsadirə edildi – Böyük əməliyyat!

DÜNYA

09 Iyun 2026 | 13:59

100 tondan çox  narkotik maddə  müsadirə edildi – Böyük əməliyyat!

Çili hökuməti Avropaya göndərilən taxta daşınmalarında gizlədilmiş 100 tondan çox  narkotik maddəni  müsadirə edib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadla xəbər verir ki, bu barədə Çili hökumətindən bildirilib.

Hökumətin açıqlamasında deyilir: "Prokurorluq, dəniz polisi və gömrük xidmətlərinin birgə fəaliyyəti sayəsində müxtəlif narkotiklərlə hopdurulmuş 1080 ton ağac müsadirə edilib ki, bu da ölkəmizdə mütəşəkkil cinayətkarlığa tarixi zərbədir.

Hökumət ağacın əsasən kokain və ketaminlə hopdurulduğunu elan edib:

“Əgər narkotik maddələr təyinat yerinə çatsaydı, bundan 8,3 milyard dollardan çox “qazanc” əldə edəcəkdilər”.

Hökumət onu da əlavə edib ki, şübhəli konteynerlərin yoxlanılması hələ də davam etdiyindən, bu rəqəm arta da bilər:

“Əməliyyat San Antonio və Valparaiso (mərkəzi Meksika) limanlarında, eləcə də Arika limanında (şimal Meksika) aparılıb”.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026