• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Kamboca kralında xərçəng aşkarlandı

DÜNYA

10 Aprel 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

Kamboca kralında xərçəng aşkarlandı

Kamboca kralı Norodom Sihamonidə prostat xərçəngi aşkarlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kral özü məlumat yayıb. 

72 yaşlı Norodom Sihamoninin sözlərinə görə, o, diaqnoz qoyulduğu Çində müalicə alacaq. O və anası Kraliça Norodom Moninet fevralın sonlarında müntəzəm müayinələr üçün Pekinə gediblər.

Monarx xərçənginin mərhələsini açıqlamayıb. 

Siamoninin atası Kral Norodom Sihanouka da 1993-cü ildə prostat xərçəngi diaqnozu qoyulub. Müalicədən sonra o, 2012-ci ilə qədər yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026