• Bakı 10° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Anar Əsədli vəkillərindən imtina etdi

SİYASƏT

10 Aprel 2026 | 17:56

Anar Əsədli vəkillərindən imtina etdi

Hazırda həbsdə olan Azərbaycan Yüksəliş Partiyasının (ləğv edilib -red.) sədri Anar Əsədli vəkillərindən imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun sosial şəbəkə paylaşımında bildirilib.

Anar Əsədli vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyevin xidmətindən imtina etdiyini bəyan edib. İmtinanın səbəbi açıqlanmayıb.

“Yeni vəkillə müqavilə bağlandıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə qeyd edilib.

Qeyd edək ki, Anar Əsədli barəsində 4 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə başlanmış cinayət işi ötən ilin payızında Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.

Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında o həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli cəzasını 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında çəkir.

 


SON XƏBƏRLƏR