• Bakı 20° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Şahnaz Haşımovanın son durumu AÇIQLANDI

CƏMİYYƏT

28 Oktyabr 2025 | 11:41

Şahnaz Haşımovanın son durumu AÇIQLANDI

Xalq artisti Şahnaz Haşımova sabah evə buraxıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun nəvəsi Eldar Abdullayev məlumat verib.

O qeyd edib ki, Şahnaz xanım hazırda özünü yaxşı hiss edir.

"Şahnaz xanım hələ xəstəxanadadır, palata şəraitində müalicəsi davam edir. Həkimlər deyirlər ki, əgər vəziyyət bu şəkildə davam edərsə, sabah evə buraxıla bilər.

Nənənin yanında mən qalıram, amma narahat olmasın deyə palataya çox girib-çıxmıram. Əhvalı yaxşıdır, yeməyi qaydasındadır. Ağrıları, əlbəttə, var, normaldır. İstər-istəməz olmalıdır, əməliyyatdan çıxan adamdır. Ümumilikdə isə əhvalı normaldır.

Gəncə Beynəlxalq Xəstəxanasında da ona çox yüksək səviyyədə diqqət göstərirlər. Sağ olsunlar, İlkin həkim, Anar həkim çox həssas yanaşırlar nənəyə. Evə getmək istəyir, ev üçün darıxır nənə. Biz özümüz də istəyirik evə aparaq. Evdə daha rahat olar onun üçün. Həkimlər də deyirlər, sabaha-birigünə evə buraxa bilərik", - deyə E.Abdullayev bildirib.

Qeyd edək ki, Xalq artisti Şahnaz Haşımova oktyabrın 25-də Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunub.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025