• Bakı 21° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Zəlzələ gecəsi İstanbul... - Fotolar

DÜNYA

28 Oktyabr 2025 | 09:02

Zəlzələ gecəsi İstanbul... - Fotolar

Türkiyənin İstanbul şəhərində güclü leysan yağıb.

Bakıvaxtı.az xəbər verir ki, bir çox rayonlarda yağışa hazır olmayan vətəndaşlar çətin anlar yaşayıb, İstanbul Hava Limanında isə təyyarələrin havada dövr etmək məcburiyyətində qaldığı bildirilib.

Meteorologiya Ümumi İdarəsi İstanbul üçün “sarı kod” xəbərdarlığı verərək ani daşqın, su basması, ildırım və nəqliyyatın pozulması kimi risklər barədə vətəndaşları diqqətli olmağa çağırıb.

Axşam saatlarından etibarən xüsusilə şəhərin Avropa hissəsində yağış və güclü külək təsirini artırıb. Şəhərin bir çox yerində nəqliyyat sıxlığı yaranıb, avtomobillər hərəkətdə çətinlik çəkib.

İşdən evinə dönmək istəyən vətəndaşlar da yağış və külək səbəbilə piyada hərəkət etməkdə çətinlik çəkiblər. 

Qeyd edək ki, gecə saatlarında Balıkesirdə 6,1 bal gücündə zəlzələ olub. Zəlzələ istanbulda da hiss edilib.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025