• Bakı 19° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Baş nazirin qatili günahını etiraf etdi

DÜNYA

28 Oktyabr 2025 | 10:36

Baş nazirin qatili günahını etiraf etdi

Yaponiyanın Nara prefekturasında 2022-ci ilin iyulunda sabiq Baş nazir Şinzo Abeni qətlə yetirən keçmiş hərbi dənizçi Tetsuya Yamaqami məhkəmədə qəsdən adam öldürmə ittihamını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, müdafiə tərəfi həmçinin Yamaqaminin odlu silahların dövriyyəsini tənzimləyən qanunları pozması ilə bağlı ittihamları da qəbul etməyə hazırdır. Bununla yanaşı, vəkillər onun bu addımı ailəsini iflas edən dini təşkilat — “Birləşmə Kilsəsi” ilə bağlı təzyiqlərin təsiri altında atdığını sübut etməyə çalışacaq.

Xatırladaq ki, keçmiş hərbi dəniz qüvvələri əməkdaşı Tetsuya Yamaqami 2022-ci il iyulun 8-də Honşu adasının cənub-qərbində yerləşən Nara şəhərində keçirilən seçki mitinqi zamanı Şinzo Abeni odlu silahla vuraraq qətlə yetirib. Hadisə yerində saxlanılan Yamaqami istintaq zamanı bildirib ki, sabiq Baş nazirin “Birləşmə Kilsəsi” ilə əlaqələrinə inandığı üçün onu öldürüb.

Yamaqaminin anasının sözügedən dini təşkilatın fanatik üzvü olduğu, ona bütün əmlakını ianə etdiyi və ailəni maliyyə baxımından iflasa apardığı qeyd olunur.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025