• Bakı 14° C

    2.03 m/s

Zelenski: Ukrayna sülh danışıqlarına hazırdır, amma...

DÜNYA

28 Oktyabr 2025 | 14:10

Zelenski: Ukrayna sülh danışıqlarına hazırdır, amma...

Ukrayna sülh danışıqlarına hazırdır, amma ilkin şərt kimi Rusiyanın tələb etdiyi ərazilərdən çəkilməyəcək.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski danışıqların Rusiya və Belarusdan başqa istənilən yerdə keçirilməsinin əleyhinə olmadığını bildirib.

O, danışıqların Macarıstanda keçirilməsinə qarşı olmadığını da əlavə edib.

“Biz geriyə heç bir addım atmayacağıq və dövlətimizin heç bir hissəsini tərk etməyəcəyik”, - Ukrayna lideri vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR