• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hər ay 8 “Altay” istehsal olunacaq

DÜNYA

28 Oktyabr 2025 | 16:49

Hər ay 8 “Altay” istehsal olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMC Ankara Tank və Yeni Nəsil Zirehli Nəqliyyat Vasitələri İstehsal Zavodunun açılışı və ilk “Yeni Altay” tanklarının təhvil verilməsi mərasimində çıxışı zamanı ölkənin müdafiə sənayesi ilə bağlı yeni hədəfləri açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan hər ay 8 “Altay” tankının istehsal olunacağını bildirib.

Prezident həmçinin qeyd edib ki, Türkiyə PUA istehsalı sahəsində dünyada üçüncü ölkə mövqeyini qoruyur.

“Hədəfimiz kritik materiallarda heç kimə bağlı olmamaqdır. 63 min kvadratmetr qapalı sahəyə malik seriya istehsal xəttimizdə hər ay döyüş meydanının qalası adlandırılan 8 ‘Altay’ tankı və 10 ‘Altuğ’ istehsal olunacaq,” – Ərdoğan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR